10:10 - 4.06.2020
4 iyun, Fineko/abc.az. Azərbaycanda cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunması gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində deyib.
O qeyd edib ki, ictimai və fərdi nəqliyyat hərəkəti, küçəyəçıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq: "Bir sözlə tam qapalı rejim yaradılacaq. İyunun 4-ü bununla bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Bu məsələlər detallı şəkildə elan ediləcək".
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026