11:23 - 2.06.2020
2 İyun, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı 6 platformanın hər birindən hasilatın əvvəlindən ötən ilin sonunadək çıxarılan xam neft həcmləri açıqlanıb.
ABC.AZ BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”na istinadən xəbər verir ki, istehsala başlanandan (1997-ci ilin noyabrından) keçən ilin axırına kimi “Çıraq” platformasından 736,1 milyon barrel (99,5 milyon ton), “Mərkəzi Azəri”dən (2005-ci ilin fevralından) 936,9 milyon barrel (126,6 milyon ton), “Qərbi Azəri”dən (2005-ci ilin dekabrından) 845,3 milyon barrel (114,3 milyon ton), “Şərqi Azəri”dən (2006-cı ilin noyabrından) 502,7 milyon barrel (67,9 milyon ton), “Dərinsulu Günəşli”dən (2008-ci ilin aprelindən) 513 milyon barrel (69,5 milyon ton) və “Qərbi Çıraq” platformasından (2014-cü ilin yanvarından) isə 170,7 milyon barrel (23,1 milyon ton) neft hasil edilib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026