10:01 - 1.06.2020
1 iyun, Fineko/abc.az. May ayının yekunları üzrə inamlı artımdan sonra, neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətində azalır.
Saat 9:22-də London ICE Futures birjasında Brent neftinin avqust ayı üzrə fyuçers qiyməti $0,36 (0,95%) – bir barelə $37,48-ə düşdü.
Mayın 29-da keçirilən hərracların nəticələrinə görə, iyul müqavilələri bir barelə $0,04 (0,1%) - $35,33-a qədər artıb, onların qüvvədə olma müddəti cümə günü başa çatıb. May ayının 29-da Brent-in avqust fyuçersləri $1,81 (5%) – bir barelə $37,84-ə qədər bahalaşıb.
Saat 9:22-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyul ayına olan fyuçersi $0,28 (0,79%) – bir barelə $35,21-a düşdü.
Mayın 29-da Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə, WTI-nin iyul fyuçersinin qiyməti $1,78 (5,28%), barrel başına isə $35,49-a çatıb.
12 Avqust 2026
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026