10:07 - 20.05.2020
20 may, Fineko/abc.az. Çərşənbə günü ticarətində neftin qiyməti, ötən gün müxtəlif istiqamətli ticarətdən sonra tədricən yüksəlir.
9:25-də London ICE Futures birjasında, Brent-in iyul üçün fyuçers qiyməti $0,32 (0.92%) – barel başına $34,97-ə yüksəldi.
Mayın 19-da ICE Futures birjasında ticarətin nəticələrinə görə, iyul fyuçersinin qiyməti bir barelə $0,16 (0,46%), $34,65-ə düşüb.
9:25-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyul ayına olan fyuçersi $0,18 (0,56%) – bir barelə $32,14-ə qədər artıb.
Mayın 19–da ticarətin bağlanışında WTI-in iyul ayına olan fyuçersi $0,31 (1%) artaraq barel başına $31,96 təşkil edib.
Dünən, mayın 19-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyul ayına olan fyuçers ticarətinin bir barel üçün 32,50 dollar səviyyəsində başa çatması ilə nəticələnib ki, bu da əvvəlki hərracların $0,68 (2,14%) səviyyəsindən yüksəkdir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026