14:56 - 15.05.2020
15 may, Fineko/abc.az. 2020-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 100,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVtsaatdan 400 kVt-saatadək artırılması olub.
Nəticədə elektrik enerjisinin orta qiyməti bu ilin mart ayı ilə müqayisədə aprel ayında 12,5 faiz aşağı düşüb. Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verməyib.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026