11:31 - 8.05.2020
8 may, Fineko/abc.az. Masallı rayonunda tütün əkininə başlanılıb.
ABC.AZ xəbər verir ki, indiyədək rayonda 24,2 hektar sahədə tütün əkilib.
Məhsul istehsalçıları əkin zamanı daha çox “İmunium” növlü ətirli və qiymətli tütünə üstünlük verirlər.
Bu il Masallı rayonunun hər kəndində iki hektar olmaqla ümumilikdə 50 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Masallı rayonunda 35 hektarda tütün əkilib.
Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə -“İlham” MMC-yə 57,2 ton qurudulmuş tütün təhvil veriblər.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026