10:17 - 5.05.2020
5 may, Fineko/abc.az. Çərşənbə axşamı ticarətində neft qiymətləri, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra tələbatın bərpası ümidi ilə artır.
Neft istehlakının bərpası çox güman ki, tədricən baş verəcək, bununla yanaşı, ABŞ-Çin arasındakı gərginlik bu prosesi mürəkkəbləşdirə bilər.
Saat 9:45-də London ICE Futures birjasında Brent markalı neftin fyuçers qiymətləri $1,26 (4,63%) – barel başına $28,46-a qədər artıb.
Mayın 4-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, iyul fyuçers qiymətləri $0,76 (2,87%), barel başına $27,20 qədər bahalaşıb.
9:45-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyun ayına olan fyuçersi $1,36 (6,67%) – barel başına $21,75-ə qədər artıb.
Mayın 4-də Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə əsasən, WTI-in iyun ayına olan fyuçersi $0,61 (3,08%) - barel başına $20,39-a qədər bahalaşıb.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026