Gürcüstana ən çox avtomobil bu ölkələrdən gətirilib - SİYAHI

15:35 - 4.05.2020


4 may, Fineko/abc.az. Ötən il ərzində Gürcüstan ABŞ-dan 691 406,8 min dollar dəyərində minik avtomobili idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ABŞ-dan idxal Gürcüstanın ümumi minik avtomobili idxalının 41,9%-ni təşkil edib və bu göstərici ilə ABŞ Gürcüstanın ən çox minik avtomobili idxal etdiyi ölkə olub.

İkinci yerdə 177 831,5 min dollarlıq ixracla Yaponiya olub.

Digər yerlərdə isə müvafiq olaraq Türkiyə (62 086 min dollar), Almaniya (55 552 min dollar) və Böyük Britaniya (29 866,1 min dollar) qərarlaşıb.

Müəllif: Elmir Murad