15:45 - 11.01.2018
11 yanvar, Fineko/abc.az. Paytaxtın marşrut xəttinə buraxılan avtobusların vəziyyəti və dələduzluq faktları ilə bağlı, sığorta şirkətləri avtobusları sığortalamaqdan imtina edirlər.
“Standard İnsurance” sığorta şirkətinin satış departamentinin rəhbəri Rövşən Əsgərov açıqlamasında Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, sığortaçılar bu ildən etibarən belə avtobusları sığortalamaqdan imtina etdilər.
“Bu sığorta növü üzrə zərərlilik səviyyəsi 85-90%-ə yüksəlib, çünki sərnişindaşıma ilə məşğul olan şirkətlər balanslarında olan nəqliyyat vasitələrinin yalnız yarısını sığortalayır. Sığortasız avtobuslar qəzaya düşəndə isə ödəniş almaq üçün sığortalı avtobusun nömrəsi ilə dəyişdirilir”, - R.Əsgərov belə deyib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026