17:07 - 29.04.2020
29 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 54.4 milyon manat ipoteka krediti verilib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 89,7% azalaraq 7,3 milyon manata düşüb.
Son 1 ildə qurumun qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 100% azalıb, əvəzində Fonda büdcədən 17,8 milyon manat vəsait ayrılır (ötən ilin eyni dövründə vəsait ayrılmayıb).
28 İyul 2026
27 İyul 2026
27 İyul 2026