16:17 - 24.04.2020
24 aprel, Fineko/abc.az. Nazirlər Kabineti yanında Operativ Qərargahı ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb.
ABC.AZ-a daxil olan məlumatda bildirlir ki, COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.
COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən bir sıra sahələrdə iş bərpa olunur.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026