09:53 - 22.04.2020
22 aprel, Fineko/abc.az. Neft bazarı, xammalın saxlanması üçün boş tutumların azalması və tələbatın azalması fonunda, çərşənbə günü də düşməkdə davam edir.
Saat 8:50-də London ICE Futures birjasında, Brent neftinin fyuçersinin iyun ayı üçün qiyməti 2,91 (15,05%) – bir barelə $16,42-ə qədər azaldı.
Aprelin 21-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyun fyuçersi $6,24 (24,4%) - bir barelə $19,33-ə qədər düşüb.
Saat 8:50 Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyun ayına olan fyuçers qiyməti $0,49 (4,25%) – bir barelə $11,08-ə düşdü.
Çərşənbə axşamı, WTI neftinin may ayı üzrə fyuçerslərinin ticarəti bir barelə $10,01 səviyyəsində sona çatdı.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026