10:25 - 20.04.2020
20 aprel, Fineko/abc.az. WTI markalı neftin may fyuçersləri 20%-dən çox düşərək, 1999-cu ildən etibarən ilk dəfə bazar ertəsi sessiyasında bir barelə $15-dən aşağı düşüb. Eyni zamanda Brent nefti bazar ertəsi günü 1%-dən çox azalır.
Saat 9:20-də London ICE Futures birjasında, Brent neftinin iyun ayı üçün fyuçers qiyməti $0,52 (1,85%) azalaraq bir barelə $27,56 təşkil etdi.
Aprelin 17-də ICE Futures birjasında keçirilən hərracların nəticələrinə görə, Brentin iyun ayının fyuçersi $0,26 (0,93%) yüksələrək bir barelə $28,08 təşkil edib.
Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin may ayına olan fyuçersi $3,37 (18,45%) düşərək bir barelə $14,90 təşkil edib.
Aprelin 17-də NYMEX birjasında keçirilən ticarətin nəticələrinə görə, WTI neftinin may fyuçersi $1,60 (8,05%) düşərək bir barelə $18,27 təşkil edib.
Neftin qiymətinin düşməsi neft hasil edən ölkələrin hasilatın 10%-dən çox azaldılması ilə bağlı elan etdikləri sövdələşməyə baxmayaraq, davam edir. Pandemiyaya görə tələbatın gündə 20-30 milyon barel (b/s) azalması fonunda 9,7 milyon b/s-də azalma qeyri-kafi görünür. Əsas ölkələrdə karantin məhdudiyyətlərinin götürülməsi bazarı dəstəkləyə bilər.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026