Azərbaycanın kəmərləri ilə nə qədər neft nəql olunub? - Açıqlama

17:41 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 9 milyon 506,9 min ton neft nəql olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 80,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin (BTC) payına düşür. Belə ki,  üç ayda bu kəmərlə 7 milyon 627 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 110,3 min ton tranzit nefti də ötürülüb.

Müəllif: Elmir Murad