17:31 - 17.04.2020
17 aprel, Fineko/abc.az. Bu ilin birinci rübündə Azərbaycandakı magistral qaz kəmərləri ilə 8 milyard 696 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 faiz artım müşahidə olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, üç ayda qaz nəqlinin 34,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 2 milyard 997,4 milyon kubmetr təbii qaz ixrac edilib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026