12:27 - 17.04.2020
17 aprel, Fineko/abc.az. “SOCAR Georgia Gas” şirkəti Gürcüstanda çörək zavodları və çörəkbişirmə müəssisələri üçün qazın istehlak qiymətini 10 tetri endirib.
ABC.AZ Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava bildirib. Nazir şirkət rəhbərliyinə yüksək sosial məsuliyyətə görə təşəkkür edib.
Nazir bildirin ki, adıçəkilən obyektlər bu ilin aprel və may aylarında 1 kub metr qaz üçün 86 tetri əvəzinə 76 tetri ödəyəcəklər. N.Turnava şirkətin qərarını yüksək qiymətləndirib və qeyd edib ki, bu qərar çörək zavodları və çörəkbişirmə məüəssisələrinə çörəyin qiymətini sabit saxlamağa imkan verəcək.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026