09:57 - 16.04.2020
16 aprel, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri Beynəlxalq Energetika Agentliyinin (BEA) tələb proqnozu ilə əlaqədar olaraq, cümə axşamı günü güclü enişdən sonra zəif və çoxistiqamətli şəkildə dəyişir.
Saat 9:22-də London ICE Futures birjasında Brent markalı neftin iyun ayına olan fyuçers qiyməti $0,17 (0,61%) yüksələrək bir barelə $29,86 təşkil etdi.
Aprelin 15-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyun fyuçersinin qiyməti bir barelə $1,91 (6,5%) düşərək $27,69 təşkil edib.
Saat 9:22-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI may ayına olan fyuçersi bir barelə $0,06 (0,3%) düşərək $19,81 təşkil edib.
Aprelin 15-də NYMEX birjasında keçirilən ticarətin nəticələrinə görə, WTI-in may fyuçersi qiyməti bir barelə $0,24 (1,2%) azalaraq $19,87 təşkil edib.
BEA-nın proqnozuna əsasən, dünya üzrə neftə olan tələbat 2020-ci ildə rekord olaraq sutkada 9,3 mln. barel azalacaq. Aprel ayında BEA-nın hesablamalarına görə, neftin qlobal tələbatı bir il əvvəlki göstəricidən 29 milyon b/s az, ikinci rübdə isə ildən ilə 23,1 milyon b/s az olacaq. Agentlik, həmçinin, may ayında neft anbarlarının sərbəst gücünün sona çatacağını proqnozlaşdırır.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026