15:45 - 15.04.2020
15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi 2020-ci ilin ilk 3 ayı ərzində neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycana 3 milyard 777 milyon dollar valyuta daxil olduğunu açıqlayıb.
ABC.AZ Komitənin aylıq hesabatına istinadən xəbər verir ki, ilk rübdə 161 milyon 926 min dollar dəyərində 1 milyard 390 milyon kub metr qaz ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk rübündə Azərbaycandan 425 milyon 389 milyon dollar dəyərində 2 milyard 971 milyon kub metr təbii qaz ixrac edilmişdi. Bu isə onu göstərir ki, bu il ötən ilin eyni dövründən 62% az təbii qaz ixrac edilib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026