14:22 - 14.04.2020
14 aprel, Fineko/abc.az. Neftin qiymətindəki azalmalar OPEC+ formatının yenidən bərpa edilməsini zəruri etdi.
Bunu ABC.AZ-a neftin hasilatının azaldılmasını şərh edərkən millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yalnız Rusiya və Səudiyyə Ərəbistanı deyil, eyni zamanda ABŞ-da neftin dünya bazarlarındakı qiymətinin kəskin ucuzlaşmasının qarşısını almaqda maraqlıydı.
V.Bayramov hesab edir ki, OPEC+ formatının bərpası, həm də Donald Trampın təşəbbüsü kimi qiymətləndirilir: "Təbii ki, OPEC+ formatında imzalanan anlaşma 2 aspektdən tarixi əhəmiyyət daşıyır. Əvvəla OPEC+ heç zaman bu qədər həcmdə neftin azaldılmasını qəbul etməmişdi. Praktik olaraq OPEC, xüsusən də OPEC+ formalaşdırıldıqdan sonra ən böyük hasilat azaldılmasına gedib. İkincisi OPEC+ formatının son qərarı, həm də neft savaşının başa çatması anlamına gəlir. Çünki Səudiyyə ilə Rusiya arasındakı yumşaq desək savaş neft bazarının kəskin azalmaları ilə müşahidə olunurdu".
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026