17:15 - 13.04.2020
13 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycanda ümumi sahəsi təxminən 200 min ha olan 51 aqroparkın yaradılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu rəqəm hökumətin 2019-cu ilə dair hesabatında öz əksini tapıb. Hesabatda qeyd olunub ki, bu məqsədlər üçün investisiya qoyuluşları 2,4 milyard manat məbləğində qiymətləndirilir.
Qeyd edək ki, sözügedən layihələrin həyata keçirilməsi 4 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək.
Müəllif: Elmir Murad
30 İyul 2026