17:59 - 8.04.2020
8 aprel, Fineko/abc.az. Aprelin 20-dən sonra karantin rejiminin nəinki yüngülləşdirilməsi, əksinə, sərtləşdirilməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O qeyd edib ki, insanlar karantin rejiminə əməl etmir və yoluxanlar, cərimələnənlər hər gün artır: "Bu templə davam edərsə, aprelin 20-dən sonra ölkədə daha sərt qərarlar verilə bilər. Buna görə də vətəndaşlar karantin rejiminə əməl etməlidirlər.
İcazə məsələsindən sui-istifadə edirlər. Bu qaydalara da yenidən baxıla, məhdudiyyətlər daha da sərtləşdirilə bilər!"
Müəlif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026