12:58 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 8-də növbəti depozit hərracını keçirib.
AMB-nın məlumatında deyildiyi kimi, hərracda 300 milyon manat cəlb edilib.
“Növbəti depozit hərracında tələb 300,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil etmişdir”, - məlumatda belə deyilir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026