17:28 - 3.03.2020
3 mart, Fineko/abc.az. 5 mart tarixində Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə ABC.AZ-a BFB-dən məlumat verilib.
Bildirilir ki, emissiya həcmi 20 milyon manat olan istiqrazlarının nominal dəyəri 1000 manat, hərracın qiyməti min manatdır. İstiqrazların tədavül müddəti 19 ilidir və illik faiz dərəcəsi 3% olmaqla, faiz gəlirlərinin ödənişi 180 gündür ( 6 aydan bir).
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İŞ” ASC-dir.
Qeyd olunur ki, İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
27 İyul 2026
27 İyul 2026