16:57 - 26.02.2020
26 fevral, Fineko/abc.az. Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun portfelində əsas yeri 60-90 min manatlıq kreditlər tutub.
ABC.AZ Fonda istinadən xəbər verir ki, Fondun portfelinin 37,41% və ya 756 979 491 manatını məhz bu dəyərdə olan ipoteka kreditləri əhatə edib. Portfeldə ən az payı (0,57% və ya 11 602 560 manat) isə dəyəri 30 min manatadək olan ipotekalar təşkil edib.
Qeyd edək ki, hazırda 150 min manatadək ipoteka kreditləri minimal ilkin ödəniş 15% olmaqla maksimal 25 il müddətinə verilir. İllik faiz dərəcəsi zəmanət verilmiş kreditlər üzrə 8%, zəmanət verilməmiş kreditlər üzrə 7% təşkil edir.
İKZF-in portfelində 30.12.2019-cu il tarixinə ipoteka predmetinin dəyərinin pay bölgüsü:
| № | İpoteka predmetinin dəyəri, AZN | Portfeldə payı, AZN | Portfeldə payı, % |
| 1 | 60 000-90 000 | 756 979 491 | 37,41 |
| 2 | 30 000- 60 000 | 516 908 751 | 25,54 |
| 3 | 120 000 | 433 608 103 | 21,43 |
| 4 | 90 000-120 000 | 304 617 908 | 15,05 |
| 5 | 30 000 | 11 602 560 | 0,57 |