12:56 - 24.02.2020
24 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.
“AMB fevralın 24-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərrac zamanı tələb 602,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
30 Avqust 2026
30 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026