14:46 - 18.02.2020
18 fevral, Fineko/abc.az. Meliorasiya və Su Təsərrüfatı ASC- nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi istehsalatla əlaqədar olaraq 2020-ci ildə hidrotexniki qurğuların, nasos stansiyaların, subartezian quyularının ahəngdar iş rejimini təmin etmək məqsədilə əsas vəsaitlərin, nəqliyyat vasitələriinin, torpaqqazan maşın-mexanizmlərin, nasos-güc, elektrik və digər zəruri avadanlıqların satınalınması üzrə açıq tender keçirir.
Lot 1: Avtomobil nəqliyyat vasitələrinin və digərlərinin satınalınması, tenderdə iştirak haqqı 1200 manatdır.
Lot 2: İstehsalat nəqliyyat vasitələrinin satınalınması, tenderdə iştirak haqqı 1200 manatdır.
Lot 3: Nasos aqreqatları və digər avadanlıqların satınalınması, tenderdə iştirak haqqı 1200 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 06.03.2020 11:00tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18.03.2020 11:00qədər təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 19.03.2020 11:00tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Ələddin Zahidov
Telefon: (994 12) 412-88-76
Ünvan: Bakı şəh. M.Rəsulzadə qəsəbəsi keçid 1285
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026