17:25 - 17.02.2020
17 fevral, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə uzadılmış saziş çərçivəsində xarici investorlar tərəfindən ümumi bonusun üçüncü hissəsi - 450 milyon dollar bu il yanvarın 7-də Azərbaycan Respublikası Dövlət Neft Fonduna ödənilib.
Bu barədə Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edək ki, ümumi bonusun ilk 2 hissəsi - hər biri 450 milyon dollar olmaqla 2018-ci və 2019-cu illərdə Neft Fonduna ödənilib.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il sentyabrın 14-də imzalanan Sazişə əsasən, xarici investorlar tərəfindən 2018-2025-ci illər ərzində ölkəmizə ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur.
© Azertag.az
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026