17:10 - 28.01.2020
28 yanvar, Fineko/abc.az. “Aqrolizinq” ASC respublikanın müxtəlif bölgələrində lizinq müqavilələri üzrə borclu fiziki və hüquqi şəxslər barədə işlər üzrə məhkəmə-hüquqi (ərizələrin hazırlanması, verilməsi və təmsilçilik) xidmətlərinin satınalınması üzrə tender keçirir.
Tenderdə iştirak haqqı 1000 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 17.01. 2020-ci il saat 11.00-a , tender təklifini isə 25.02.2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 26.02.2020-ci il saat 11.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Əlaqələndirici şəxs : Suqra Məmmədova
Telefon: (+99412) 425-62-18
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026