15:41 - 29.12.2019
29 dekabr, Fineko/abc.az. “Azərsu” ASC maye xlorun satınalınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 400 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 27 yanvar 2020-ci il saat 18.00-a , tender təklifini isə 04 fevral 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 05 fevral 2020-ci il saat 18.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 19.12.2019 18:00 tarixindən sonra əldə etmək olar.
Əlaqələndirici şəxs : Hİkmət Qasımov
Telefon: (994 12) 431 47 67 (2249)
30 İyul 2026
29 İyul 2026