14:24 - 6.12.2019
6 dekabr, Fineko/abc.az. "AZƏRALÜMİNİUM" MMC Zakopitye Belorusiya (kod 150405) -Gəncə stansiyasına (556802) marşrutu üzrə alüminium fluorid yükünün daşınması üzrə tender elan edir. Tenderdə iştirak haqqı 200 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 12 dekabr 2019-cu il saat 11.00-a , tender təklifini isə 20 dekabr 2019-cu il saat 17.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 23 dekabr 2019-cu il saat 11.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Əlaqələndirici şəxs: İsmayıl Hüseynov
Telefon: (994 50) 268 81 33
30 İyul 2026