10:30 - 27.11.2019
27 noyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC 2020-ci il üçün inzibati binalarında təmizlik işlərinə dair xidmətin göstərilməsinin satın alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 300 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 16 dekabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 25 dekabr 2019-cu il saat 15.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 26 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Əlaqələndirici şəxs: Rauf Yusifov
Telefon: (994 12) 490-00-00
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026