10:50 - 14.11.2019
14 noyabr, Fineko/abc.az. “MİDA” MMC 2 (iki) ədəd sedan, mühərrikin həcmi 1,6 – 1,8 L, orta təchizatlı minik avtomobilinin alınması üzrə tender keçirir. Tenderdə iştirak haqqı 100 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 03 dekabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 11 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 12 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 13.11.2019 17:53 tarixindən sonra əldə etmək olar.
30 İyul 2026