10:50 - 29.10.2019
29 oktyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC elektrik mühərriklə çalışan avtomobillərin satın alınması üzrə tender keçirir.
Tenderdə iştirak haqqı 200 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 19 noyabr 2019-cu il saat 16.00-a , tender təklifini isə 27 noyabr 2019-cu il saat 16.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 28 noyabr 2019-cu il saat 16.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 29.10.2019 09:00 tarixindən sonra əldə etmək olar.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026