12:51 - 4.10.2019
4 oktyabr, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrində içməli su təchizatı, suvarma və drenaj sistemlərinin tikintisi , həmçinin qaz və istilik təchizatının tikintisi və abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi üzrə 3 Lotdan ibarət tender keçirir. Tenderlərdə iştirak haqqı Lot 1 -400 manat, Lot 2- 400, Lot 3- 600 manatdır.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 28.10.2019 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 04.10.2019 09:07 qədər təqdim etməlidirlər.
Ünvan : Bakı , Tbilisi prospekti
Əlaqələndirici şəxs : Aygün Hüseynova
Telefon : (994 12) 431 87 03
4 Avqust 2026
4 Avqust 2026