17:21 - 5.09.2019
5 sentyabr, Fineko/abc.az. Səhiyyə Nazirliyi Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi (əsaslı təmir) işlərinin satınalınması üzrə tender elan edir. Tender 1 Lot üzrə keçirirlir. Tenderdə iştirak haqqı Lot 1 :400 manatdır
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün göstərilən sənədləri 25.09.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.10.2019 17:00 qədər təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir.
Ünvan: Bakı, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A
Əlaqələndirici şəxs : Əli Abbasov
Telefon : (12 994) 565-12-41
30 İyul 2026
29 İyul 2026