12:39 - 21.08.2019
21 avqust, Fineko/abc.az. “AzerGold” QSC Çovdar Filiz Emalı Sahəsində cari təmir və abadlıq işlərinin satın alınması üzrə açıq tender keçirir. Tender 1 lot üzrə keçiriləcək.
Elanda bildirilir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 09.09.2019 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 16.09.2019 15:00 tarixinə qədər https://www.etender.gov.az/ portalı vasitəsilə təqdim etməlidirlər.
Qeyd olunur ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026