10:02 - 1.07.2019
1 iyul, Fineko/abc.az. İyunun 30-da YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.
Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.
Bakıda keçirilən sessiyada Dünya Mədəni İrs Siyahısına daxil olunmaq üçün təqdim olunan 42 ərizənin 36-nın təqdimatına baxılacaq. Bunlardan 6 təklif təbii, 28 - mədəni və 2 - qarışıq (təbii və mədəni) irsə aiddir.
Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2,5 mindən çox nümayəndə iştirak edir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026