15:02 - 21.06.2019
21 iyun, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edir.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 11 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanəti 19 iyul 2019-cu il saat 17.00-dək təqdim olunmalıdır.
Əlaqələndirici şəxs- Əhməd Məmmədov. Tel.: (994 12 ) 496-52-04. Ünvan: Bakı, İstiqlaliyyət küçəsi 18.
30 İyul 2026
29 İyul 2026