14:53 - 18.06.2019
18 iyun, Fineko/abc.az. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı açıq tender elan edir.
Tender 3 lot üzrə keçirilir: Dəftərxana ləvazimatlarının satın alınması; Təsərrüfat malları və yuyucu vasitələrin satın alınması; Tibbi tullantıların daşınması xidmətinin satın alınması.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 22 iyul 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 iyul 2019-cu il saat 15.00-a qədər təqdim etməlidirlər.
Əlaqələndirici şəxs – Aygün Kərimova. Tel.: (+99412) 5626203.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026