15:01 - 10.06.2019
10 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi www.tourismboard.az veb-səhifəsinin yenidən qurulması işlərinin satın alınması üçün açıq tender elan edir.
Açıq tenderdə veb-səhifələrin yenidən qurulması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 9 iyul 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 22 iyul 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə ünvana təqdim etməlidirlər.
Əlaqələndirici şəxs – Mehman Bayramov,
Tel.:- +994125058704
Faks- +994124920592
e-mail: [email protected]
4 Avqust 2026
4 Avqust 2026