17:12 - 27.05.2019
27 may, Fineko/abc.az. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, bu ilin aprel ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 % və ya 19,4 min nəfər artaraq 238 minə çatıb. Ən böyük artım 22 % olmaqla (10,2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.
Yaxın Şərq regionundan 30 min, bununla da 12 %, Cənubi Asiyadan 35,4 % , Orta Asiyadan isə 44,2 % gələn səyahətçilərin sayında artım olub.
Türkiyədən gələn səyahətçilər üçün 10 % artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25,2 min nəfər təşkil edib.
Yekun olaraq 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur.