11:32 - 21.02.2019
21 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı günü ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Azərbaycan prezidenti ilə görüşdə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki iştirak ediblər.
“Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - dövlət başçısının saytında təqdim edilən xəbərdə belə deyilir.
27 İyul 2026