15:37 - 14.02.2019
14 fevral, Fineko/abc.az. VTB, ABŞ-ın Rusiya banklarına qarşı yeni sanksiyalarının tətbiqi halında hərəkət planı hazırlayıb.
Bu barədə VTB-nin rəhbəri Andrey Kostin Rusiya İnvestisiya Forumu çərçivəsində jurnalistlərə bildirib.
“Sanksiyaların tətbiq olunması ehtimalında bizim bir planımız var. Sanksiyalar olarsa, planı tətbiq edəcəyik, olmasa isə, öz həyatımızı yaşayacağıq”, - deyə Kostin, əlaqədar sualları cavablandırdı.
Lakin o, hərəkət planının təfərrüatlarını açıqlamadı.
27 İyul 2026
25 İyul 2026