15:07 - 24.11.2026
24 Noyabr, Fineko/abc.az. Almaniyanın “Commerzbank” bankı 2027-ci il ərzində türk lirəsinin dəyər itirməyə davam edəcəyini və dollar/lirə məzənnəsinin qarşıdakı rüblərdə 60 səviyyəsinə çatacağını proqnozlaşdırıb.
Bankın iqtisadçısı Tatha Qouzun hesabatında qeyd olunub ki, Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) davamlı müdaxiləyə əsaslanan məzənnə strategiyası valyuta ehtiyatlarını tükədir, qızılın dəyərindəki eniş isə qalan ehtiyat buferinə əlavə zərbə vurmaq riski yaradır.
İqtisadçının fikrincə, siyasətçilər yüksək xərc bahasına lirənin ucuzlaşma tempini yumşalda bilsələr də, əsas tendensiyanı dəyişə bilməzlər.
Qouz əlavə edib ki, davamlı inflyasiya fonunda real məzənnənin ucuzlaşmaması iqtisadiyyatı əlavə rəqabət üstünlüyündən məhrum edir və məzənnə uyğunsuzluğunu dərinləşdirərək qapalı dövrə yaradır.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026