11:58 - 18.11.2026
18 noyabr, Fineko/abc.az. Cari ilin ilk doqquz ayında Azərbaycanda həm icbari avtomobil sığortası, həm də KASKO üzrə sığorta ödənişləri toplanmış sığorta haqlarından daha sürətlə artıb.
Mərkəzi Bankın məlumatına görə, yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 20,6% artaraq 99 milyon manatdan 119 milyon 400 min manata, yığımlar isə 12,5% artaraq 134 milyon 700 min manatdan 151 milyon 600 min manata çatıb. Eyni dövrdə KASKO üzrə ödənişlər 27,3% artımla 23 milyon 300 min manatdan 29,6 milyon manata yüksəldiyi halda, sığorta haqları cəmi 0,4% artaraq 54 milyon manatdan 54 milyon 200 min manata çatıb.
Nəticədə icbari avtomobil sığortasında toplanan hər 100 manat sığorta haqqına düşən ödəniş ötən ilki 73 manat 50 qəpikdən 78 manat 80 qəpiyə, KASKO üzrə isə 43 manat 10 qəpikdən 54 manat 60 qəpiyə yüksəlib.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026