"Gəncə Şərab-1” artan borcları müzakirəyə çıxarır

15:18 - 16.11.2026


16 noyabr, Fineko/abc.az. “Gəncə Şərab-1” ASC-nin səhmdarları dekabrın 17-də növbədənkənar ümumi yığıncağa toplaşacaqlar.

Gündəliyə şirkətin adının dəyişdirilməsi, yeni idarəetmənin formalaşdırılması və artan borcların ödənilməsi yollarının müzakirəsi daxil edilib.

Yığıncaqda idarəetmə səlahiyyətlərinin müəyyənləşdirilməsi və nizamnamənin yeni redaksiyada təsdiqi məsələlərinə də baxılacaq. Şirkətin vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər borclarının ödənilməsi yolları müzakirə olunacaq.

Yığıncaq 2026-cı il dekabrın 17-də saat 15:00-da Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 56 ünvanında keçiriləcək. İştirakçıların qeydiyyatı həmin ünvanda saat 13:00-da başlayacaq. Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Səhmdarlar yığıncaqda şəxsən və ya notariat qaydasında təsdiqlənmiş etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər.