"Xalq Sığorta"nın aktivləri və balans kapitalı azalıb, öhdəlikləri və xərcləri isə artıb

12:05 - 16.11.2026


16 noyabr, Fineko/abc.az. Bu ilin oktyabrın 1-nə "Xalq Sığorta" ASC-nin aktivləri illik müqayisədə 2,4% azalaraq 95,512 milyon manata, balans kapitalı isə 2,1% geriləyərək 61,782 milyon manata düşüb.

Şirkətin maliyyə hesabatına əsasən, hesabat dövründə sığortaçının öhdəlikləri 2,8% artaraq 33,73 milyon manata çatıb.

Eyni zamanda, yanvar–sentyabr aylarında şirkətin xərcləri illik müqayisədə 13,1% artımla 21,381 milyon manata, mənfəət vergisi ödəmələri isə 2,9 dəfə çoxalaraq 786 min manata yüksəlib.

Bununla yanaşı, 9 ayda gəlirləri 14,2% artaraq 27,907 milyon manata çatan "Xalq Sığorta" hesabat dövrünü 5,74 milyon manat xalis mənfəətlə (illik müqayisədə 9% çox) başa vurub.