Bu Ali məktəb 26 milyon manata təmir olunacaq

10:06 - 11.11.2026


11 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ikinci korpusunda 26 milyon manatlıq əsaslı təmir layihəsi həyata keçiriləcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi Bakı ş, Dilarə Əliyeva küçəsi 227 ünvanında ünvanında yerləşən ikinci korpusun təmiri üçün satınalma həyata keçirmişdir.

Satınalma çərçivəsində təmir işlərini “Koneks Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti icra edəcək. Layihənin ümumi dəyəri 26 mln 36 min manat təşkil edir.