Gələn il maaşlar 1300 manata çatacaq

14:35 - 5.11.2026


5 noyabr, Fineko/abc.az. Gələn il nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq.

Bu, 2027-ci İL Büdcə Zərfində əksini tapıb.

Büdcə zərfinə əsasən, bu göstərici 2026-cı il üzrə 1185,5 manat, 2027-ci il üzrə isə 1288,30 manat səviyyəsində proqnozlaşdırılıb.

Göründüyü kimi, nominal orta aylıq əmək haqqının cari illə müqayisədə artım tempi 8,7% səviyyəsində nəzərdə tutulub.

Halbuki əhaliyə ödənişlər üzrə xərclər cari ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 9,2% və 10,9% artımla proqnozlaşdırılmışdır.