SOCAR son beş ildə xarici ölkələrdə hasilat aktivlərini sürətlə genişləndirir

10:16 - 5.11.2026


5 noyabr, Fineko/abc.az. ABŞ bazarına daxil olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xaricdəki neft-qaz yataqlarına birbaşa investisiya strategiyasını davam etdirir.

Şirkət 2024-cü ilin mayında BƏƏ-nin “ADNOC” şirkəti ilə “SARB” və “Umm Lulu” dəniz neft yataqlarında 3%-lik pay alaraq xaricdəki ilk hasilat investisiyasını reallaşdırıb.

Ardınca, 2025-ci ilin iyununda İsrail sahillərindəki “Tamar” qaz yatağında 1,25 milyard dollar dəyərində 10%-lik payın alınmasını tamamlayıb. 2026-cı ilin sentyabrında isə Kot-d’İvuarın gündəlik 57 min bareldən çox neft hasil edən “Baleine” dəniz layihəsində İtaliyanın “Eni” şirkətindən 10%-lik iştirak payı əldə edib.